Bu metrostansiyasının 4-cü çıxışı müvəqqəti bağlanacaq

media-hightechnic-468x90

“Bakı Metropoliteni” QSC-nin “Memar Əcəmi” stansiyasının ikinci vestibülünün keçidində təmir işlərinə başlanılır.

Bu barədə “Report”a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata əsasən, keçidin divarlarında 260 kvadratmetr sahədə köhnə üzlüklər sökülərək mərmər analoqları ilə əvəz olunacaq, döşəmədə 370 kvadratmetr sahədə mozaika üzlük qranitlə dəyişdiriləcək.

Təhlükəsizlik və işlərin operativ aparılması məqsədilə keçid qismən sərnişinlər üçün açıq olacaq və stansiyanın 4-cü çıxışı müvəqqəti bağlanacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa