Palata Naxçıvandakı 22 milyonluq əsaslandırmanı sualla qarşıladı

media-hightechnic-468x90

Növbəti ildə Naxçıvan Muxtar Respublikasının büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri 22,0 milyon manat məbləğində proqnozlaşdırılıb ki, bu da cari ilin təsdiq edilmiş xərcləri ilə müqayisədə eyni həddədir.

Yenicag.az bu barədə Hesablama Palatasına istinadən xəbər verir.

Bildirilib ki, təqdim edilmiş məlumatlara əsasən, 2026-cı il üzrə Naxçıvan Muxtar Respublikası büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üzrə proqnozlaşdırılan 22,0 milyon manat vəsaitin neçə layihənin həyata keçirilməsinə yönəldiləcəyi ilə əlaqədar olaraq müvafiq proqnoz layihələri hazırlanmayıb.

“Müvafiq istiqamət üzrə layihələrin hazırlanmaması həmçinin Hesablama Palatasına təqdim edilməməsi bu istiqamət üzrə nəzərdə tutulmuş vəsaitlərin müqayisəsini və təhlilini aparmağı məhdudlaşdırmaqla yanaşı həmin vəsaitlərin nə üçün 22,0 mln.manat həcmində nəzərdə tutulmasının əsaslılığı ilə bağlı müəyyən sualların yaranmasına səbəb olmaqdadır”, – məlumatda vurğulanıb.

Qeyd edilib ki, 2025-ci ilin 9 ayında dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri 10,5 milyon manat məbləğində icra edilib ki, bu da Naxçıvan Muxtar Respublikası büdcəsində həmin məqsəd üçün nəzərdə tutulmuş illik xərclərin 47,7%-ni təşkil edib.

“2025-ci ilin 9 aylıq icra göstəricilərinin illik proqnozun 47,7%-ni təşkil etdiyini nəzərə alaraq, müvafiq istiqamət üzrə proqnozlaşdırılmış vəsaitlərin iqtisadi əsaslandırılmasının aparılması və onların məqsədyönlülüyünün qiymətləndirilməsi zəruri hesab edilib. Bununla da, növbəti büdcə ili üzrə nəzərdə tutulan vəsaitlərin həcminin qanunvericiliyin tələblərinə uyğun şəkildə, real iqtisadi əsaslandırmalar əsasında proqnozlaşdırılması məqsədəuyğun hesab edilib”, – məlumatda qeyd edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa