"Türkiyəyə gediş-gəliş daha ucuz olacaq" - İQTİSADÇI AÇIQLADI

media-hightechnic-468x90

“Zəngəzur dəhlizi çərçivəsində Azərbaycan avtomobil yolunun inşasını Ağbəndə qədər tamamlayıb. Hazırda nəqliyyat xəttinin tamamlanması istiqamətində işlər davam etdirilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

media-xalid-kerimli

O bildirib ki, Azərbaycan müharibə başa çatdıqdan sonra Zəngəzur dəhlizinin ölkə ərazisindən keçən hissəsinin inşası üçün intensiv şəkildə işlər aparır:

“Ermənistan isə müharibədən sonra bu məsələ ilə bağlı bir addım da atmayıb. Biz vaxt itirmədən yolu çəkdik. Açığı, Ermənistanın infrastrukturu ilə bağlı geniş məlumatım yoxdur. Bilmirəm, onlar hansı istiqamətdə işlər aparmalıdır. Ancaq bütün hallarda yollar çəkilməli, digər infrastruktur xəttlərinə birləşməlidir. Həmçinin burada başqa məsələlər də ortaya çıxır. Ümumilikdə, ölkələr sərhəd-keçid məntəqələrinin quraşdırılması və s. bir sıra texniki anlaşılmazlıqları aradan qaldırmalıdır. Bütün bunlar həll olunduqdan, yəni Zəngəzur dəhlizi fəaliyyətə başladıqdan sonra faydasını bir çox dövlətlər görəcək. Bundan başqa, onu da qeyd etmək yerinə düşər ki, dəhliz vasitəsilə enerji infrastrukturu da inkişaf edəcək. Qaz boru və elektrik kabellərinin çəkilməsi Azərbaycanın yükötürmə rolunu daha da artıracaq. Bunlar isə neft sektorunun inkişafına ciddi dəstək verəcək”.

Ekspert qeyd edib ki, dəhlizdən ən çox fayda görən Azərbaycan və Ermənistan olacaq:

“Həmçinin Türkiyə və Mərkəzi Asiya ölkələri də dəhlizin faydasından yararlanacaq. Azərbaycanın əsas qazanclarından biri də Naxçıvanın blokadadan çıxması olacaq. Naxçıvana gediş-gəliş ucuzlaşacaq, əlaqələr inkişaf edəcək. Türkiyə ilə əlaqələr daha rahat və ucuz şəkildə aparılacaq. Azərbaycan Mərkəzi Asiyadan, Türkiyəyə, Avropaya gedən, həmçinin əksinə daşınan yüklərin mərkəzinə çevriləcək. Həmçinin Ermənistan da blokadadan çıxacaq, ölkəmiz üzərindən Rusiya və Mərkəzi Asiya ilə ticarət əlaqələri yaradacaq”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa