“Türkiyəyə qarşı çox çirkin kampaniyalar aparılır”
Baş nazir Ərdoğan Adanada MİT TIR-ları ilə əlaqəli əvvəl həbs olunan, ancaq az sonra azad edilən şübhəlilərlə bağlı önəmli açıqlamalar verib.
Baş nazir Ərdoğan MİT TIR-larına qarşı keçirilən əməliyyatın Gülən camaatına məxsus şəbəkə mənsubları tərəfindən edildiyini deyib.
Daha sonra Ərdoğan bildirib ki, “hətta düşmən belə namərdcə hərəkət etməzdi”.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyənin Suriyadakı kimyəvi silah hücumuna dəstək verdiyi, Əl-Qaidənin yanında olduğu kimi təsəvvürlər yaradılmağa çalışılıb. MİT-ə məxsus TIR-ların saxlanılması, Xarici İşlər Nazirliyindəki qanunsuz dinləmələrin də yaxından izlənildiyini deyən Ərdoğan ABŞ-da da Türkiyəyə qarşı kampaniya aparıldığını vurğulayıb:
“Bir sıra ölkələrə məktublar yazılaraq, hətta erməni lobbisinin nümayəndələri ilə əməkdaşlıq edilərək Türkiyəyə qarşı çox çirkin kampaniyalar aparılır”.
Ərdoğan sonda vurğulayıb ki, ölkədə keçiriləcək prezident seçkilərində də səmimi, açıq mübarizə aparacaqlar(axar.az).