Türklər Azərbaycandakı bu fotodan DANIŞIR

media-hightechnic-468x90

Türkiyəni sarsıdan zəlzələ böyük dağıntılara və can itkisinə səbəb olub. Azərbaycan başda olmaqla dünyanın müxtəlif ölkələrindən Türkiyədəki zəlzələdə zərərçəkənlərə kömək məqsədilə yardım toplanılır. 

Yenicag.az xəbər verir ki, ölkəmizdə qısa zaman ərzində qardaş Türkiyəyə çox sayda yardım toplanılıb.Türklər demiş “7-dən 70-ə” kimi hər kəs qardaş ölkə üçün əllərindən gələn köməyi əsirgəmir.

Bu gün həm Azərbaycan, həm də Türkiyə mediasında yardıma tələsən “07” markalı avtomobilin fotosu gündəm olub. Belə ki, Türkiyə bayrağı asılan maşının üzərinə yardım məqsədilə aparılan yorğan-döşək yığılıb.

Qısa zamanda Türkiyə sosial şəbəkələrində “07” markalı avtomobilin fotosu hər yerdə paylaşılıb. Türk qardaşlarımız azərbaycanlı şəxsin bu fotosunu təqdirəlayiq hal kimi qiymətləndiriblər. Bununla yanaşı,  2 milyondan çox izləyicisi olan “Onediocom” hesabı sözügedən fotonu paylaşaraq, “Azerbaycan,  Baküden bir fotoğraf…” ,  – şərhini yazıb.  Fotoya çox sayda bəyəni və  şərh gəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600