Türkmənistan Rusiyaya qaz nəqlini bərpa etdi

media-hightechnic-468x90

Türkmənistan Rusiyaya təbii qaz nəqlini bərpa edib.

Eyni zamanda, “Qazprom” şirkəti də Türkmənistandan qaz nəqlinin bərpa olunduğunu təsdiq edib.

Tədarüklər 2003-cü ildə “Qazprom” və “Türkmənqaz” şirkətləri arasında imzalanmış mövcud 25 illik müqavilə çərçivəsində bərpa olunub.

“Qazprom” 2016-cı ildən Türkmənistanda qaz alışını dayandırıb və bunu “müqavilə fasiləsi” adlandırıb. Rusiya şirkətini qiymət qane etməyib və “Türkmənqaz”la qiymətin aşağı salınması barədə razılıq əldə etmək mümkün olmayıb. 2015-ci ilin ortasında “Qazprom eksport” arbitraj məhkəməsində iddia qaldıraraq, 2010-cu ildən qazın dəyərinin yenidən nəzərdən keçirilməsini tələb edib.

2018-ci ilin oktyabr və noyabrında “Qazprom” rəhbəri Aleksey Miller qazla bağlı danışıqlar aparmaq üçün Aşqabada səfər edib. Cari ilin martında isə məlum olub ki, “Qazprom” türkmən qazının alışını bərpa etmək niyyətindədir.

Alınan qazın həcmi və dəyəri barədə məlumat verilmir./Report/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa