Türkmənistanda prezident seçkiləri üzrə səsvermə prosesinə start verilib.
Yeniçağ.Az-ın məlumatına görə, saat 07:00-da (Bakı vaxtı ilə 06.00) respublika üzrə 2 min 578 seçki məntəqəsi açılıb. Daha 39 məntəqə ölkənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində açılacaq.
Səsvermədə seçicilərin yarıdan çoxunun səsini alan namizəd prezident seçiləcək. Prezident postu uğrunda hazırkı dövlət başçısı Qurbanqulu Berdıməhəmmədov daxil olmaqla, 8 namizəd mübarizə aparır. Onlardan üç nəfəri müasir Türkmənistan tarixində ilk dəfə olaraq siyasi partiyalar tərəfindən irəli sürülüb.
Yeniçağ.Az
www.yenicag.az