!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TUSİAB dağıldı – Sədr, müavinlər və böyük şirkətlər istefa verdi – FOTO

!Reklam – Yazi

Türkiyədə vaxtilə FETÖ-yə bağlı dərnəklərə üzv olan iş adamlarının əksəriyyəti 17-25 dekabr 2013-cü il və 15 iyul 2016-cı il hadisələrindən sonra istefa verməyə başladılar. Zamanında Camaata böyük “himmət” yardımları etmiş iş adamlarının bir çoxu istəyərək, bəziləri isə Gülən ilə artıq adlarının anılmasının fayda vermədiyini görərək, istefa verdiklərini bildirdilər. Bir zamanlar Camaatın biznes klubu olan TUSKON-a üzv olmaq prestij sayılırdısa, bu gün o qurumda qalmaq FETÖ üzvü anlamına gəlir.

Azərbaycanda fəaliyyət göstərən türk iş adamlarının əksəriyyətinin zamanında Gülənin xeyir-duası ilə qurulan TUSİAB-a üzv olmaq üstündə yarışa girmişdilər. Təkcə, türk iş adamları deyil, xeyli sayda Azərbaycan şirkəti də təməli 1994-cü ildə Gülənin Azərbaycana göndərdiyi Zafer Ayvaz və  Mehmet Ertekin tərəfindən atılan bu dərnəyə üzv olurdular. İyirmi il (2014-cü ilə qədər) Türkiyə adına Azərbaycandakı iş dünyasına hakim olan dərnək 17-25 dekabr hadisələrindən sonra yenidən öz mövqeyini qorumaq üçün 2013-cü ildə Azərbaycandakı VÖEN-ni belə bağlayaraq, Bursaya yerləşən Yavuz Kələşi geri qaytardı. Kələşin Türkiyənin sabiq daxili işlər naziri Efkan Alanın məktəb yoldaşı olmasını əlində bayraq edən o zamankı TUSİAB rəhbərliyi “vitrin”i təmizləsələr də, başda Yasin Goral olmaqla bütün fətullahçıları arxa planda qorudular.
Yenicag.az xəbər verir ki, Türkiyəyə “fətullahçıları təşkilatdan çıxartdım, onlarla mübarizə apardım” deyən Yavuz Kələş bir çox üzvlərin adlarını dərnəyin rəsmi saytından çıxarsa da, bu barədə Nizamnaməyə uyğun olaraq, heç bir addım atmayıb. Bu may ayında TUSİAB rəhbərliyinə gələn yeni İdarə Heyəti tərəfindən ortalığa çıxarıldı. Belə ki, “çıxarılanlar” ilə bağlı heç bir rəsmi qərarın olmadığı bəlli olub.

Öncədən də qeyd etdiyimiz kimi, 15 iyul əvvəli və sonrasında Cəlil Polat rəhbərliyində TUSİAB 21-ci İdarə Heyəti Qafqaz Universiteti kimi bir sıra fətullahçı üzvü TUSİAB-dan atsalar da, dərnəyə Türkiyənin baxışı dəyişmədi. Yenicag.az-a verilən xəbərə görə, TUSİAB-ın kirli keçmişi və hələ də kriptoların, xüsusilə də, Yavuz Kələş qrupunun dərnək içində aktiv olması ilə bağlı söyləntilər dərnəyin Türkiyədəki limitini bitirdi.

Türkiyə tərəfindən dərnəyə “bağlanılsın” “tövsiyyəsi” verilsə də, İdarə Heyəti bu qərarın dəyişdirilməsinə çalışdı.

tusiabAncaq TUSİAB-ın bu “tövsiyyə”yə müsbət baxmamasınına ardından süpriz istefalar başladı. İlk olaraq, bu günlərdə 60 illiyini qeyd edən “Tekfen” şirkətinin təmsilçisi, TUSİAB İH üzvü və başqan vəkili olan Bülent Karaca istefa etdiyini açıqladı.

Bu istefanın ardından “Beta Qida” şirkətinin (Bayce MMC) rəhbəri Mehmet Ali Uğur istefasını İdarə Heyətinə göndərdi.

Üçüncü və sürpriz istefa isə “Polat Yol” şirkətinin direktoru, eyni zamanda TUSİAB başqanı olan Cəlil Polatdan gəldi. C.Polatın istefası ilə faktiki olaraq, başqansız qalan dərnəkdən ard-arda başqan müavinləri Lokman Kartal və Muhsin Sarıhan, İH üzvləri Mehmet Akbıyık, Osman Gezeker, Cumhur Ergün, Ufuk Aydın və digərləri istefa verdiklərini açıqladılar.

Bu istefalar üzvlər arasında da şok effekti yaratdı və sürətlə TUSİAB-dan istefalar başlandı. İstefa verənlərin əksəriyyətinin ortaq səbəbi isə qurumun “fətullahçı” yarlığından xilas olmaması göstərilir. Məsələn, TUSİAB daxilində hələ 2010-cu ildən anti-fətullahçı çıxışları ilə diqqət çəkən “Makro 2000” şirkətinin prezidenti Lokman Biterin bizə çatan istefa məktubunda qeyd olunur ki, “15 iyula qədər bəlkə də ismi FETÖ ilə hallanan TUSİAB ilə davam edib-etməmək şəxsi seçim məsələsi idisə, 15 iyul sonrası bir milli duruş ilə əlaqəlidir. Bu səbəbdən də ismi və keçmişi FETÖ ilə əlaqəli olan bir qurumda qalmaq vətənsevər Türkiyə vətəndaşı olaraq, bizi narahat etməkdədir. Artıq Azərbaycan ilə Türkiyənin iqtisadi əlaqələrinə dəstək verəcəyinə inanmadığımız TUSİAB-da ölkəmizə xidmət imkanı qalmayıb”.

15226463_10209832882371494_1102733348_nQeyd edək ki, artıq bir neçə ildir ki, əksər fətullahçılar TUSİAB ilə yanaşı olaraq, TUSKON-nun dəstəyi ilə yaradılan və azərbaycanlıların ön planda olduğu “İpək Yolu” Sahibkarlığın İnkişafına Dəstək İctimai Birliyində birləşiblər.  TUSKON başqanı Rizanur Meralın açılışını etdiyi “İpək yolu” hələ də Gülənin Azərbaycanda biznes klubu funksiyasını oynamaqdadır. Hətta 15 iyul ərəfəsində TUSİAB-dan çıxarılan bir çox şirkət də “İpək yolu”nun çətiri altında özünə yer tapıb.

Yəqin ki, Türkiyənin TUSİAB mövzusunda göstərdiyi həssaslıq Azərbaycanın da “İpək yolu” ilə bağlı mövqeyində özünü göstərəcəkdir.

Mövzunu diqqətdə saxlayacağıq.

Yenicag.az

COP29

www.yenicag.az

4159
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv