Şotlandiyada 3 uşaq anası Lusi Hoqi “Facebook”da oğlunun dostları ilə tanış olaraq onlarla cinsi əlaqəyə girib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ilin iyun ayına qədər dəfələrlə yetkinlik yaşına çatmamış yeniyetmələrlə əlaqəyə girən 37 yaşındakı qadın, cinsi istismar təqsirinə görə məhkəmə qarşısına çıxacaq. “Channel4” televiziya kanalında yayımlanan “Come Dine With Me” adlı kulinariya verilişində qalib olan, 1,3 min dollar qazanc əldə edən Lusinin seks skandalının üstünü istismar etdiyi uşaqlardan birinin anası açıb. Bunda isə qadının öz səhvi də böyük rol oynayıb. Belə ki, özünə yaxın bildiyi bir rəfiqəsinə öyünərək kök, yaşlı kişilərlə deyil, yeniyetmələrlə yatmasından bəhs edən Lusinin bu fikirləri hər şeyin sonunu gətirib.
Bundan əlavə, onu 15 yaşlı oğlanla yataq otağına girərkən görüblər.