“Twitter”in təsisçisi yeni sosial şəbəkə yaratdı

media-hightechnic-468x90

“Twitter”in həmtəsisçisi Cek Dorsi “Bluesky Social” adlı yeni sosial şəbəkəsini elan edib.

Yenicag.az xəbər verir ki, onun əsas xüsusiyyəti “AT Protocol” alqoritmi əsasında mərkəzsizləşdirmə olacaq. Bununla belə, Dorsinin yeni layihəsi həmkarlarından onunla fərqlənəcək ki, istifadəçilərə digər sosial şəbəkələrdəki hesab və məlumatlarını “Bluesky Social”a köçürməyə icazə veriləcək.

Sosial şəbəkənin mərkəzsizləşdirilməsinin təmin edilməsi və hesabların köçürülməsi funksiyası barədə təfərrüatlar açıqlanmır.

Qeyd edək ki, yeni şəbəkənin yaradılması işlərinə 2019-cu ildə başlanılıb. Hazırda sosial şəbəkə qapalı beta sınaq mərhələsindədir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600