U-17 yığmamız UEFA İnkişaf Turnirində iştirak edəcək
17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüd) Azərbaycan milli komandası Moldovanın paytaxtı Kişineuda UEFA İnkişaf Turnirində iştirak edəcək.
Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir aprelin 13-dən 20-dək təşkil olunacaq. U-17 Moldova, Gürcüstan və Estoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə mübarizə aparacaq.
Milli komanda turnirə hazırlıq məqsədilə aprelin 9-dan 12-dək Bakıda təlim-məşq toplanışı keçəcək. Hazırlıq prosesinə 22 futbolçu cəlb olunub.
UEFA İnkişaf Turnirindəki oyunların təqvimi
14 aprel
15:30. Moldova – Azərbaycan
“Zimbru” stadionu
16 aprel
12:00. Azərbaycan – Gürcüstan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
19 aprel
12:00. Estoniya – Azərbaycan
Moldova Futbol Federasiyasının Texniki Mərkəzi
Qeyd edək ki, matçların başlama saatı Bakı vaxtı ilə göstərilib.