Üç aparıcı televiziyadan GETDİ: “Space TV-də NƏ BAŞ VERİR?

media-hightechnic-468x90

Dekabrın 25-də tanınmış aparıcı Səidə Bəkirqızı “Space TV” ilə yollarını ayırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, kanaldan bu barədə təsdiq xəbəri gəlsə də, verilişin yayımının hansı səbəbdən dayandırılmasının təfərrüatı açıqlanmayıb.

Yanvarın 5-də sözügedən televiziyanın Xəbərlər Departamentinin rəhbəri, aparıcı Elman Bakuvi tutduğu vəzifədən azad edilib. Jurnalist 3 il ərzində çalışdığı televiziyadan hansı səbəb üzündən ayrıldığına aydınlıq gətirməyib.

Növbəti ayrılıq isə dünən baş verib. “İbo şou” verilişinin aparıcısı İbrahim Azəri “Space TV”-dən uzaqlaşıb. Fəaliyyətini “Kanal S”-də davam etdirməyə qərar verən İbrahim Azəri də bununla bağlı hər hansı səbəb açıqlamayıb.

 Cəvahir

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05