Üç boksçumuz Macarıstandakı turnirdə finala yüksəlib

media-hightechnic-468x90

Macarıstanın Debretsen şəhərində boks üzrə beynəlxalq turnirdə yarımfinal mərhələsinin görüşləri keçirilib.

Yenicag.az xəbər verir ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 3 idmançısının hər biri qələbə qazanaraq finala vəsiqə əldə edib.

50 kiloqram çəkidə Tural Sarıyev həlledici görüşdə Atilla Bernatla (Macarıstan), Məhəmmədəli Qasımzadə (60 kiloqram) Kruzito Kovaçsla (Macarıstan) və Əli Abdullayev (65 kiloqram) isə Milan Petrimanla (Macarıstan) qarşılaşacaq.

Qeyd edək ki, final görüşləri bu gün keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa