Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi

media-hightechnic-468x90

Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır.

Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa