Üç rayonda kömür quyuları aşkarlandı, səkkiz nəfər cəzalandırıldı

media-hightechnic-468x90

Quba, Göygöl və Qəbələ rayonları ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumatı yayıb.

Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Rustov kənd sakini Novruz Cəbrayılov, Göygöl rayonu Toğanalı kənd sakinləri Əfəndil Ocaqverdiyev, Rəşad Qurbanov, Orxan Qurbanov, Hidayət Həsənov, Sərxan Quliyev və Qəbələ rayonu Nic qəsəbə sakinləri Andrey Dallari və Anton Karami olduğu müəyyən edilib.

Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600