Ucu-bucağı görünməyən ölü karvanı-Foto

media-hightechnic-468x90

69882Ukraynanın Donetsk bölgəsində vurulan “Boeing 777” təyyarəsində həlak olan hollandlar öz ölkələrinə aparılır.

Ukraynada Rusiya tərəfdarı separatçı dəstələr tərəfindən zibil maşınlarına yığılan meyitlər Hollandiyada rəsmi mərasimlə qarşılanıb.

Xarkovdan hərbi təyyarələrlə göndərilən cənazələrin 74-ü artıq Hollandiyaya gətirilib. Bayraqların yarıya endirildiyi ölkədə cənazə karvanının keçəcəyi yollarda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Hər tabut üçün bir avtomobil təsis edilib və cənazələr şəxsiyyətlərinin müəyyən edilməsi üçün Hilversum şəhərinə aparılıb.
Hollandiya xalqı yol kənarlarına düzülərək cənazə karvanını izləyiblər.

Qeyd edək ki, ötən gün daha 40 cənazə Hollandiyaya aparılmışdı. Geridə qalan cəsədlərin isə bu gün ərzində Hollandiyaya göndərilməsi gözlənilir.

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600