“Üçüncü dünya müharibəsi başlayıb”

media-hightechnic-468x90

36214Roma Papası Fransisk İtaliyada yerləşən Avstriya-Macarıstan qəbiristanlığını ziyarəti zamanı maraqlı açıqlamalar verib.

Birinci Dünya Müharibəsinin başlamasının 100 illiyi ilə bağlı keçirilən tədbirdə on min nəfər qarşısında çıxışında Poma Papası “müharibə ağılsızlıqdan başqa bir şey deyil” deyə bildirib.

“Üçüncü dünya müharibəsi demək olar ki, qismən başlayıb. Bu müharibə kütləvi cinayətlərlə əlaqəlidir, kütləvi qırğınlara bağlıdır”, – deyə Roma Papası Fransisk bildirib.

Birinci Dünya Müharibəsində həlak olanları yad edən Roma Papası Fransisk qeyd edib ki, bu gün də geosiyasi maraqlara, uydurma strategiyalara görə qarşıdurmalar var.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa