UEFA Avropa Liqası: "Sabah" Sloveniya klubuna məğlub olub - YENİLƏNDİ

media-hightechnic-468x90

“Sabah” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Sele”yə məğlub olub.

Yenicag.az xəbər verir ki, görüş 2:3 hesabı ilə başa çatıb.

“Sele”dən Darko Hrka (90+3) və Franko Kovaçeviç (7 və 48) fərqləniblər. Bakı klubundan isə Pavol Şafranko iki qol (3 və 18-p.) müəllifi olub.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Sele” matçında hesab bərabərləşib.

Yenicag.az xəbər verir ki, “Sele”dən Franko Kovaçeviç dubla imza atıb. O, 48-ci dəqiqədə fərqlənib – 2:2.

Kovaçeviç daha əvvəl 7-ci dəqiqədə fərqlənib.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-p.) imza atıb.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.
***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Sele” matçında ikinci hissə başlayıb.

Yenicag.az  xəbər verir ki, fasilədən sonra “Sabah” hesabda öndədir – 2:1.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-p.) imza atıb. Sloveniya təmsilçisindən isə Franko Kovaçeviç (7) fərqlənib.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

****

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sabah” – “Sele” matçında ilk hissə başa çatıb.

Yenicag.az xəbər verir ki, “Sabah” fasiləyə üstün yollanıb – 2:1.

Paytaxt klubundan Pavol Şafranko dubla (3 və 18-p.) imza atıb. Sloveniya təmsilçisindən isə Franko Kovaçeviç (7) fərqlənib.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

***

UEFA Avropa Liqasının I təsnifat mərhələsinin “Sele” ilə matçında “Sabah” hesabda önə keçib.

Yenicag.az xəbər verir ki, Pavol Şafranko dubla imza atıb.

Futbolçu 18-ci dəqiqədə penaltidən fərqlənib.

P.Şafranko 3-cü dəqiqədə hesabı açıb. Sloveniya klubundan isə Franko Kovaçeviç (7) fərqlənib.

Qarşılaşma Masazırdakı “Bank Respublika Arena”da keçirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600