UEFA Çempionlar Liqasının yeni mövsümündə İngiltərəni beş komanda təmsil edəcək

media-hightechnic-468x90

Növbəti mövsümdə İngiltərə Premyer Liqasının ən azı beş komandası Çempionlar Liqasında mübarizə aparacaq.

Yenicag.az xəbər verir ki, bu, ötən gün Çempionlar Liqasının 1/4 final mərhələsində baş tutan oyunlardan sonra dəqiqləşib.

“Arsenal”ın “Real Madrid” üzərində qələbəsindən (3:0) sonra UEFA əmsallar cədvəlində birinci sırada olan ingilislərin aşağı pilləyə düşməyəcəyi təmin olunub.

Bu isə o deməkdir ki, İngiltərə Premyer Liqası 2025/26 Çempionlar Liqası mövsümünə əlavə komanda göndərəcək.

Hətta növbəti mövsümdə ÇL-də daha iki Premyer Liqa klubu da mübarizə apara bilər.

Belə ki, hazırda ÇL-də mübarizə aparan “Aston Villa” bu mövsüm kuboku qazansa və liqada ilk 5-likdən kənarda qalsa, İngiltərənin növbəti mövsüm üçün qitənin ən nüfuzlu turnirində komanda sayı 6 olacaq. “Mançester Yunayted” və ya “Tottenhem” Avropa Liqasını qazanarsa, bu rəqəm 7-yə yüksələcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600