UEFA İspaniyanın “Atletiko” klubunun baş məşqçisi Dieqo Simeoneyə sərt cəza verib.
Yenicag.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun İntizam Komitəsi qərar çıxarıb. Qərara əsasən, argentinalı mütəxəssis 4 avrokubok matçında texniki zonada yer almayacaq.
Buna Simeonenin Avropa Liqasının yarımfinal mərhələsi çərçivəsində İngiltərənin “Arsenal” klubu ilə ilk matçda hakimi təhqir etməsi səbəb olub.
Simeone həmçinin 10 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, Simeonenin komandası bu mövsüm Avroliqanın finalında “Marsel”lə qarşılaşacaq. Lakin argentinalı mütəxəssis bu matçda texniki zonada ola bilməyəcək. Onun qalan üç oyunluq cəzası ilə növbəti mövsümdə tətbiq olunacaq.
www.yenicag.az