!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Uğurlu və xoşbəxt uşaq necə yetişdirilir” adlı təlim keçirildi – FOTO/VİDEO

!Reklam – Yazi

 

Azxeber.com saytı, “İslahatçı Gənclər” İctimai Birliyi, “Çinar yayımları”, “Edu Time” Təhsil və İnkişaf Mərkəzinin dəstəyi ilə “Uğurlu və xoşbəxt uşaq necə yetişdirilir” adlı seminar keçirilib. Seminarda təlimçi qismində yazıçı, dosent. dr. Özgür Bolat iştirak edib.

Yenicag.az xəbər verir ki, təlimdə Milli Məclisin deputatları Elçin Mirzəbəyli və Vüqar İskəndərov iştirak ediblər. Seminarda əvvəlcə Azərbaycan şəhidləri bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının və Türkiyə Cumhuriyyətinin Dövlət Himnləri səsləndirilib.

Eyni zamanda, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə musiqili proqram təşkil edilib və müğənni Çinarə Məlikzadənin ifasında mahnı səsləndirilib. Təlimdə açılış nitqi ilə çıxış edən deputat Elçin Mirzəbəyli məktəbin insan həyatında mühüm rol oynamasınından və onun əhəmiyyətindən danışıb.

Deputat Vüqar İskəndərov da öz növbəsində müəllimlik peşəsinin nə qədər şərəfli, bir o qədər çətin peşə olduğundan bəhs edib. Seminarda əsasən valideyn və uşaqlar arasında olan problemlər və valideyn-uşaq arasında olan əlaqələrin düzgün qurulmasının yollarından danışılıb. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

COP29

www.yenicag.az

74
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv