Uill Smit sillələdiyi “Oskar” mərasimi aparıcısından üzr istədi

media-hightechnic-468x90

Amerikalı aktyor Uill Smit “Oskar” kino mükafatlarının təqdimat mərasiminin aparıcısı Kris Roka hücum etdiyi üçün üzr istəyib.

Yenicag.az, xəbər verir ki, Uill Smit bu barədə öz “Instagram” səhifəsində yazıb.

“Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və bağışlanmazdır. Mən səndən açıq şəkildə üzr istəmək istəyirəm, Kris. Mən utanıram, hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir”, – deyə aktyor etiraf edib.

U.Smit, həmçinin Amerika Kino Akademiyasından, şounun təşkilatçılarından və bütün tamaşaçılardan üzr istəyib. O izah edib ki, həyat yoldaşının sağlamlıq vəziyyəti ilə bağlı zarafatın emosional reaksiyaya səbəb oldu.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600