!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukrayna artıq Moskvaya hücum etməyə imkan verən silahlara malikdir, amma...” – “Forbes”

!Reklam – Yazi

Ukraynanın Rusiyanın dərinliklərində olan ərazilərə zərbə endirmək üçün texnoloji imkanlara malik olduğu bildirilir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, istefada olan avstraliyalı general Mik Rayan nüfuzlu “Forbes” nəşrinə müsahibəsində Ukraynanın Rusiya ilə sərhəddən 500 kilometr məsafədəki obyektlərə hücum təşkil etmək potensialını dəyərləndirib.

Generalın sözlərinə görə, Ukrayna artıq Rusiyanın dərinliklərində olan ərazilərə zərbə endirmək üçün texnoloji imkanlara malikdir:

“Ancaq bu o demək deyil ki, Ukrayna Moskvaya hücum etməyə hazırlaşır. Çünki Kiyevi bu addımlardan çəkindirən ciddi səbəblər mövcuddur.

Bununla belə, Ukraynanın Moskvanı hədəfə alması bu qədər böyük və şaxələnmiş şəhərin əhalisini bir neçə gün yuxusuz gecə yaşadacaq.

Digər tərəfdən, Moskvaya mümkün hücumlar Ukraynanın neçə aydır, işğal edilmiş ərazilərin dərinliklərinə, o cümlədən Rusiyadakı aviabazalara, körpülərə, maddi-texniki obyektlərə davam edən zərbələr fonunda müharibənin növbəti alovlanma mərhələsi olacaq”.

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv