Ukrayna-Azərbaycan oyunu hansı ölkədə keçiriləcək?

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində Ukrayna yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib.

Yenicag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, D qrupunun IV turu çərçivəsində keçiriləcək oyun oktyabrın 13-də Polşanın Vrotslav şəhərində baş tutacaq.

“Tarçinski Arena”ya təyin olunan görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

Qeyd edək ki, Azərbaycan və Ukrayna arasında ilk matç sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.

Onu da əlavə edək ki, Rusiyanın işğalçı siyasətinə görə Ukrayna yığması 2022-ci ilin fevralından bəri öz meydançasında oynaya bilmir.

Xatırladaq ki, bu stadion mayın 28-də UEFA Konfrans Liqasının finalında “Çelsi” – “Real Betis” qarşılaşmasına (4:1) ev sahibliyi edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600