Ukrayna cəbhəsində gündəm kəskin dəyişəcək - SƏBƏB

media-hightechnic-468x90

“O silahlar Ukraynaya verilsə, cəbhənin gündəmi birmənalı şəkildə dəyişəcək”.

media-111037

Bunu ABŞ və Qərbin Rusiya Ukrayna müharibəsinə diqqətini artırması, yeni silahların tədarükü yönündə iddialar və prosesin gedişatını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.

O bildirib ki, Qəzza sammitindən sonra bütün diqqət Ukrayna cəbhəsində olacaq:

“ABŞ-nin NATO-dakı nümayəndəsi bildirdi ki, Donald Trampın Rusiya Ukrayna müharibəsi ilə bağlı bəyanatı olacaq. Böyük ehtimalla “Tomaqavk” silahının Ukraynaya verilməsi ilə əlaqədar. Bu həftə Zelenskinin Trampla Vaşinqtonda görüşü planlaşdırılır. Bundan əlavə Brüsseldə Ukraynanın dostları bir araya gələcəklər. Misirdəki Qəzza sammitindən sonra Donald Tramp bildirdi ki, bundan sonra əsas diqqət Ukrayna – Rusiya müharibəsinə yönələcək”.

Politoloqun sözlərinə görə, ehtimal olunur ki, Rusiya danışıqlara gedəcək:

“Ərdoğanın da bununla bağlı bəyanatı oldu. Tramp da Ərdoğana bildirdi ki, Rusiya Ukrayna müharibəsini dayandırmaq üçün addımlar atmaq lazımdır. Vəziyyət kifayət qədər ağırdır. Böyük ehtimalla ya müharibə dayanmalıdır, ya da silahlar Ukraynaya verilməlidir. Əgər o silahlar Ukraynaya verilsə, cəbhənin gündəmi birmənalı şəkildə dəyişəcək. İlk növbədə Niderland 200 ədəd “Tomaqavk” verəcək. “Tomaqavk”lar verildikdən sonra danışıqlar masasında söz sahibi Ukrayna olacaq”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa