Ukrayna əks-hücuma hazırlaşır – Ruslar sərhəd boyu qoşun toplayır

media-hightechnic-468x90

 

Ukrayna Xarkov yaxınlığında rus qoşunlarına əks-hücum etməyi planlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Nəşr yazır ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin şimal-şərqində əraziləri ələ keçirmiş Rusiya qoşunlarını geri çəkmək üçün əks-hücuma keçəcək.

“İşğalçılar 30 km-ə qədər bufer zonası yaratmaq məqsədinə nail ola bilməyiblər. İndi düşmən qonşu Sum rayonunda sərhəd boyu qoşun toplayır. Bununla belə, Ukrayna Baş Qərargahı bildirib ki, orada müdafiə gücləndirilib və hərbçilər rusların Xarkov vilayətində sürətlə irəliləməsinə imkan verən səhv hesablamalardan qaçacaqlar”, – deyə məlumatda qeyd olunub.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600