Ukrayna Krımı ATACMS raketləri ilə vurdu

media-hightechnic-468x90

İyulun 26-na keçən gecə Krımda, Saki və Yevpatoriya şəhərlərində partlayışlar baş verib.

Yenicag.az xəbər verir ki, bu məlumatı Ukraynanın” Suspilne” telekanalı yerli sakinlərə istinadən xəbər verib.

Ukraynanın “Krım küləyi” Teleqram kanalı isə Saki hərbi aerodromunun vurulduğunu yazıb.

Teleqram kanalları Ukrayna Silahlı Qüvvələrinin Krımı 4 ATACMS raketi ilə vurduğunu qeyd edib. Onlardan ikisi zərərsizləşdirilib.

Rusiyanın “Astra” Teleqram kanalı hücumu zamanı iki əsgərin yaralandığını açıqlayıb. Şelkoviçnoye kəndindən beş kilometr aralıda yerləşən Rusiya hava hücumundan müdafiə qüvvələrinin yerləşdiyi ərazi də hücuma məruz qalıb. Zərbə nəticəsində radar qurğusu sıradan çıxarılıb./axar.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600