“Ukrayna məsələsi bütün dünyanı bezdirir”

media-hightechnic-468x90

1150Dünya ictimaiyyəti Ukrayna mövzusundan bezib, o daha bu məsələni prioritet saymır və cana doyub.

Yenicag.az avropa.info-ya istinadən xəbər verir ki, bu açıqlama ilə “narıncı inqilab”ın lideri, sabiq prezident Yuşenko çıxış edib.

“Ukrayna məsələsi bütün dünyanı bezdirir. Biz gündəmdə heç ikinci, üçüncü yerdə də deyilik. Ukraynadan vızıldayan milçək kimi can qurtarmaq istəyirlər. Dünyanın da, dövlətlərin də öz prioritetləri, problemləri var. Ukrayna məsələsi bezdirib və heç kəs əvvəlki tək reaksiya vermək istəmir”.

Ölkənin indiki vəziyyətini şərh edən Yuşenko deyib ki, iqtisadi qeyri-stabillik müharibədən daha çox ziyan vurub. Dövlət müharibədə daha az pul itirib nəinki qeyri-düzgün iqtisadi siyasətin aparılması zamanı.

Poroşeno: “Keçən il Ukraynadan 12 milyard dollar investisiya çıxarılıb. Ölkə bankları isə 200 milyard qriven yüklənib”.

Sabiq prezidentə görə bu ən çox özünü cəmiyyətin vəziyyətində göstərir:

“Əgər siz maliyyə stabilliyini uduzdunuzsa, o zaman qiymət və pul üzərində də nəzarəti itirmisiz. İqtisadi inkişaf imkanlarını qaçırdınızsa, sosial problemləri də həll edə bilməyəcəksiniz”.

Ölkə ÜDM-nin 12% aşağı düşməsini isə Yuşenko fəlakət adlandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600