Ukrayna ordusu “Pantsir S-1” sistemini ələ keçirdi - FOTO

media-hightechnic-468x90

Ukrayna hərbçiləri rus ordusuna məxsus “Pantsir S-1” zenit raket kompleksini ələ keçirib.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna ordusunun Quru Qoşunlarının sosial şəbəkə hesabında məlumat paylaşılıb.

Bildirilib ki, götürülən qənimətin dəyəri 15 milyon dollar civarındadır.

Bundan öncə Ukrayna hərbçilərinin Çerniqov yaxınlığında Rusiya silahlı qüvvələrinə məxsus 10 tankı və zirehli təxliyə maşınını qənimət götürdüyü bildirilmişdi.

Qeyd edək ki, bu gün Ukrayna ordusu rus ordusunun “Osa” və İsgəndər-M kompleksini məhv etdiyini də açıqlamışdı.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa