!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukrayna-Rusiya müharibəsindən əsas FAKTORLAR - ANALİZ

!Reklam – Yazi

“Ukraynada baş verənləri 1968-ci il Çexoslovakiyaya, 1979-cu il 40-cı sovet ordusunun Əfqanıstana hərbi müdaxiləsi ilə müqayisələndirirlər. Qətiyyən razı deyiləm”.

Bu sözləri Ukraynada baş verənləri SSRİ-nin Çexoslovakiya və Əfqanıstana hərbi müdaxiləsi ilə eyniləşdirilməsinə cavab olaraq hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, SSRİ rəhbərliyini bəyənməyən, onu lağa qoyan Putin rejiminin Ukraynaya belə açıq, həyasız hücumu, mövcud Rusiya hakimiyyətinin nə qədər düşüncəsiz olduğunu göstərir:

“O dövrdə sosializm düşərgəsinə daxil olan Çexoslovakiyada qərb yönümlülərin, onları dəstəkləyən xalqın mübarizə əzmini qırmaq üçün SSRİ rəhbərliyi sərhəddən açıq hücum etməmişdi. Sosialist blokuna daxil olan ölkələrin təxminən yarım milyonluq hərbi qüvvəsini 17 milyonluq əhalisi olan “dost” ölkəyə sabitliyi bərpa etmək adı altında atəş açmadan daxil etmişdi.

Əvvəlcədən yerli hakimiyyətin və ordunun neytral qalacağına zəmanət alınmışdı. Həmçinin, məxsusi əməliyyatla Praqa aeroportunu bir güllə belə atmadan ( bu operasion barədə sonra ayrıca yazarıq) ələ alaraq, hərbi desant təyyarələrinin yerə enməsi təmin edilmişdi. Orada iştirak edən şəxslərin dediyinə görə, komandanlıq hərbçilərə heç bir təxribata uymamağı, əhaliyə atəş açmamağı tapşırmışdı. Yalnız müxalif lider və təşkilatların zərərsizləşdirilməsi üçün məxsusi əməliyyatlar keçirilmişdi. Ona görə qurbanların sayı minimal idi.

Əfqanıstana isə, o dövrdə hakimiyyətdə olan əfqan kommunist rejiminin dəfələrlə xahişindən, strateji tərəfdən olduqca əhəmiyyətli olan qonşu ölkədəki SSRİ-yə loyal hakimiyyətin devrilə biləcəyindən ehtiyat edildiyi üçün, məhdud hərbi kontingent yeridilmiş (təxminən 130 min) və yalnız xarici müdaxilə olacağı təqdirdə bu qüvvədən istifadə olunacağı bəyan edilmişdi. Aparılan tədbirlər nəticəsində əhali sərhəddi keçən qoşunları coşqu və gül çiçəklə qarşılamaş, çox nadir hallarda kiçik atışmalar olmuşdu. Yalnız Əfqanıstanın o dövrdəki prezidenti Hafizullah Əminin sarayının alınmasında xüsusi təyinatlılar, Vitebsk desant diviziyasının keçirdiyi əməliyyat zamanı xeyli itki olmuşdu, sonra vəziyyət dərhal kontrol altına alınmışdı. Zabitləri, ali komanda heyyəti əsasən SSRİ-də təhsil almış Əfqanıstan SQ-ri, sarandoy (polis), XƏD- Xəlqi Əmniyyəti Dövlət (əfqan KQB-si) sovet qoşununu həmin anda müttəfiq kimi qəbul etmişdi. Hətta sonralar hərbi müxalifətə qarşı aparılan əməliyyatlarda əfqan ordusu təhlükəsizlik qüvvələri, sovet hərbi birləşmələri ilə birlikdə hərəkət edirdilər.

O dövr SSRİ rəhbərliyini bəyənməyən, onu lağa qoyan Putin rejiminin Ukraynaya belə açıq, həyasız hücumu, mövcud Rusiya hakimiyyətinin nə qədər düşüncəsiz, məntiqsiz, lovğa, hadisələrin hansı sonluqla bitə biləcəyini proqnozlaşdıra bilməyən “pasan” yığını olduğunun bariz nümunəsidir. Adam nə qədər reallıqdan uzaq olmalıdır ki, oturuşmuş dövlər strukturu, demokratik yolla seçilmiş hakimiyyəti, ordusu, düşmənə sonsuz nifrət ruhlu xalqı, böyük ərazisi, iqtisadiyyatı və biznes şəraiti Rusiyadan qat-qat liberal olan, Suriya, Əfqanıstan deyil, müasir Avropa ölkəsinə, gülməli bəhanələrlə, cəmi iki yüz minlik qoşunla hücum etsin. Kiyev daxil, əhali tərəfdən dəstəklənən böyük şəhərlərin yerli hakimiyyətini devirmək üçün göndərilən, anındaca məhv edilən, rus desant qruplarının əməliyyat ideya rəhbəri olan generallar bu qərarı verəndə düşünüblər?

Müharibə olacağını əminliklə deyən az qisim politoloqlardan olan Qleb Pavlovskidən bu barədə soruşanda, cavab verir ki, “Müharibə olmayacağını deyənlər bunu məntiqdən çıxış edərək deyirdilər, amma mövcud Rusiya hakimiyyətindən məntiq gözləmək əbəsdir, ona görədə mən müharibənin olacağına qəti əmin idim. Biz rusiyalılar, ən pis günlərimizə hazırlaşmalıyıq, çünki bu avantüranın baş verməsində hamımızın bir vətəndaş olaraq günahımız var…”

www.yenicag.az

992
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv