Ukrayna səfiri Rusiyanın təcavüzündən danışdı

media-hightechnic-468x90

dsgrftgBiz Rusiyanın Ukraynaya qarşı açıq təcavüzünün şahidi olduq.

Bunu Bakıda keçirilən mətbuat konfransında Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko deyib.

O qeyd edib ki, Ukraynanın Konstitusiya Məhkəməsi və Ali Radası Krımda keçirilən referendumun nəticələrini tanımır.

“Rusiya dünyaya güc siyasətini təklif edir. Yəni, əgər sən nüvə silahına maliksənsə, nə istəsən edə bilərsən. Biz Ukraynanın əvvəlki iqtidarınının yürütdüyü siyasət sayəsində ərazilərin qoparılmasının şahidi olduq. Şimali Koreya və Suriya istisna olmaqla, dünyanın heç bir ölkəsi Rusiyanın siyasətini dəstəkləmədi”, – deyə səfir vurğulayıb.

Kremlin siyasətini faşist siyasəti adlandıran A.Mişenko qeyd edib ki, Rusiya mətbuatı Ukraynada milli azlıqların hüquqlarının pozulması ilə bağlı əsassız məlumatlar yaymaqla ictimaiyyəti çaşdırır.

apa

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600