Ukrayna üçün 2,5 milyard QRANT: Ayrılan pullar nəyə xərclənəcək?

media-hightechnic-468x90

ABŞ Dünya Bankının (DB) xətti lə Ukrayna üçün növbəti irihəcmli qrant ayırıb.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, 2,5 milyard dollar həcmində olan anlaşmanı Ukraynanın maliyyə naziri Sergey Marçenko və DB-nin Şərqi Avropa ( Belarus, Moldova, Ukrayna) üzrə regional direktoru Arup Banerci imzalayıb.

Ukraynanın Maliyyə Nazirliyindən bildirilib ki, bu, ABŞ-nin 2023-cü ildə Ukrayna üçün nəzərdə tutduğu 9,9 milyard dollar həcmində müəyyənləşdirilən qrantların 2-cisidir:

“Bu yardım Ukrayna hökumətinə əsas dövlət funksiyalarını yüksək səviyyədə yerinə yetirməyə və əhalinin sosial müdafiəsinə yönəlik məsələləri həll etməyə imkan verəcək”.

Qeyd olunur ki, sözügedən vəsait, əsasən, dövlət orqanlarının, təhsil, səhiyyə və ilkin reaksiya qurumlarının fəaliyyətinə, həmçinin pensiya ödənişləri ilə dövlət sosial müdafiə proqramlarının icrasına sərf ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600