Ukraynada 12 futbolçu danışılmış oyunlara görə diskvalifikasiya olunub

media-hightechnic-468x90

Ukraynanın “Metallist” klubunun gənclərdən ibarət komandalarının 12 sabiq futbolçusu danışılmış oyunlarda iştirakları səbəbindən diskvalifikasiya olunub.

Yeniçağ.Az-ın “Report”a istinadən məlumatına görə, bu barədə Ukrayna Futbol Federasiyasının (UFF) Nizam-İntizam Komitəsi qərar verib.

Qərara əsasən, Maksim Averyanov, Nikita Bezklubyuk, Boqdan Boyçuk, Daniil Klyuçka, Ruslan Kovtok, Yevgeni Malik, Aleksandr Medvedev, Rəmzi Ramazanov, Sergey Sizı, Dmitri Skarjinski, Daniil Solomaxa və Denis Tkaçenko 6 aydan 3 ilədək futboldan kənarlaşdırılıblar.

Qeyd edək ki, 2016-cı ilin sentyabrında UFF-in Etika və Ədalətli Oyun Komitəsinin “Metallist”in gənclər və yeniyetmələrdən ibarət komandalarının 14 futbolçusunun oyunları bilərəkdən uduzmaqda şübhəli bildiyi müəyyənləşib.

Yeniçağ.Az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa