Ukraynada azərbaycanlı gənclərin iclası keçirilib
Ukraynanın Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporasının mərkəzində Ümumukrayna Azərbaycanlıları Gənclər Təşkilatının idarə heyətinin ilk açıq tərkibdə iclası keçirilib.
ABD sədri Hikmət Cavadovun iclası açıq elan etməsindən dərhal sonra, idarə heyətinin üzvləri iclasın gündəliyində olan məsələlərin həlli istiqamətində müzakirələrə başlayıblar.
İclasda bir sıra mühüm qərarlar verilib. Eyni zamanda gələcəkdə görüləcək işlər müzakirə edilib,təşkilatın məqsəd və məramları açıqlanıb.
Müzakirələrdən sonra idarə heyəti tərəfindən Elməddin Zərbəlizadə təşkilatın icraçı direktoru seçilib.
UAGT idarə heyətinin iclasında heyət üzvləri Ümumukraynada yaşayan gəncləri, təşkilatın tərkibinə cəlb etmək və yaxın gələcəkdə keçiriləcək sədr seçkilərinə hazırlaşmaq haqqında ortaq fikrə gəliblər.
UAGT həmçinin Ukraynada yaşayan Azərbaycanlı gənclər, Ukrayna və Azərbaycan QHT-i arasında Əlaqələndirici Şura vəzifəsinə yerinə yetirəcək.
Bu məqsədlə Ukraynada fəaliyyət göstərən digər gənclər təşkilatları və təşkilat nümayəndəliklərinin də, bu təşkilatda birləşdirilməsi ideyası idarə heyəti tərəfindən qəbul edilib.
Qeyd edək ki, UAGT idarə heyətində aktiv gənclərdən başqa Ukraynada fəaliyyət göstərən Mir Molodyoj, ASGA Ukrayna təmsilçiliyi, Yeni Nəfəs Gənclər Hərəkatı, Ukrayna və Şərqi Avropa nümayəndəliyi və s. təşkilatlar təmsil olunur.
UAGT idarə heyətinin sədri UAGT sədr müşaviri Xəzri Elxanoğlu bundan əlavə digər təşkilatlara da dəvət göndərildiyini və təşkilatın qapılarının hər bir dövlətimizin milli maraqları üçün çalışacaq gənclər və təşkilatlar üçün açıq olacağını bildirib.
Xəzri Elxanoğlu bu təşkilatda təkcə bu gün bu masanın arxasında əyləşən gənclər aktiv fəaliyyət göstərməyəcəyini, hər bir aktiv gəncin ən yüksək səviyyədə vətəninə olan vətəndaşlıq borcunu yerinə yetirməyə imkanı olacağını, Ukraynada yaşayan bütün azərbaycanlı gəncləri yanlarında görmək istədiklərini söyləyib.
X.Elxanoğlu bu təşkilatda toplaşacaq gənclərin sabahın aktiv diaspor nümayəndələri və ən əsası lobbi yaradıcıları olacaqlarını diqqətə çatdıraraq, buna görə də Ukraynada təməlli yaşayacaq azərbaycanlı gənclərin idarəciliyə cəlb edilməsinə daha çox üstünlük veriləcəyini əlavə edib.(avropainfo.az)