Ukraynada DİRƏNƏN SAVAŞ: “Putin qarşısına qoyduğu hədəfləri hələ də reallaşdıra bilməyib”

media-hightechnic-468x90

“Atəşkəs Ukraynaya müvəqqəti rahatlıq verəcək. Çünki Moskvanın tələbləri hələ də genişmiqyaslıdır”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna münaqişəsinin mümkün həlli barədə fikirlərini səsləndirən siyasi elmlər üzrə professor Ser Lourens Fridman deyib.

O, Rusiyanın Ukraynada həlledici uğurlar əldə etməsi ilə bağlı fərziyyələrə qarşı çıxaraq, 2023-cü ilin sonunda başlayan yeni hücuma baxmayaraq, Moskvanın irəliləyişlərinin minimal olduğunu və siyasi məqsədlərinə hələ də çata bilmədiyini vurğulayıb.

“Rusiyanın hücumları ciddi nəticə verməyib. Bəzi kiçik şəhərləri ələ keçirsə də, Ukrayna ərazisi ilə müqayisədə əhəmiyyətli sayıla bilməz. Lakin ABŞ-nin Ukraynaya yardımının gecikməsi Kremlin daha böyük uğurlar əldə edəcəyinə zəmin yaradır. Ancaq qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putin hələ də qarşıya qoyduğu siyasi hədəfləri hərbi yolla reallaşdıra bilməyib. Düzdür, Luqanskın böyük hissəsi nəzarətə götürülüb, Zaporojya və ya Xersonun ələ keçirilməsi imkanları isə məhduddur”.

“Həm ukraynalılar, həm də ruslar üçün bu mübarizənin nə qədər çətin olduğunu nəzərdən qaçırmamalıyıq. Əgər Ukrayna ABŞ-dən əvvəlki səviyyədə dəstək almasa, vəziyyət daha da mürəkkəbləşəcək. Atəşkəs Ukraynaya müvəqqəti rahatlıq verəcək. Çünki Moskvanın tələbləri hələ də genişmiqyaslıdır. Bir sözlə, hazırkı vəziyyət bir il və ya bir il yarım əvvəlkindən heç də fərqlənmir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600