Ukraynada döyüşlər şiddətləndi – Bu ərazilər rusların nəzarətinə keçdi

media-hightechnic-468x90

Rusiya qoşunları Ukraynanın Zaporojye vilayətindəki Robotine, eləcə də Xarkov vilayətinin Qliboke və Lukyantsi yaşayış məntəqələrini tamamilə nəzarətə götürüb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata görə, Rusiya qüvvələri sərhədyanı Vovçansk qəsəbəsinin şimal hissəsində möhkəmlənir və qərbdən əraziyə yaxınlaşır.

Ukrayna mətbuatı isə yazır ki, Vovçanskın qərbindəki rusların, böyük ehtimalla, iki məqsədi var.

“Xarkova bu tərəfdən daxil olmaq və cənub-qərbdən şəhərə gedən magistral yolu kəsmək. Kiyevdə etiraf edirlər ki, Xarkovda vəziyyət getdikcə pisləşir və bölgədə amansız döyüşlər gedir”, – deyə qeyd edilir.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600