Ukraynada həmyerlimiz saxlanılıb

media-hightechnic-468x90

84929Ukraynanın Donetsk vilayətində separatçıların “Oplot” xüsusi təyinatlı dəstəsinin tərkibində döyüşən və “Donetsk Xalq Respublikası”nın rəhbərliyinin tapşırığı ilə Donbasdakı antiterror əməliyyatlarında iştirak edən qoşunlara qarşı kəşfiyyat aparan Azərbaycan vətəndaşı həbs olunub.
Bu barədə Donetsk Vilayət Prokurorluğu məlumat yayıb.

“İstintaq zamanı müəyyən olunub ki, 39 yaşlı Azərbaycan vətəndaşı hərbi hazırlıq keçib, bundan sonra “Oplot” terrorçu qruplaşmasının kəşfiyyat bölüyünə qatılıb. Onun qatıldığı bölüyün əsas vəzifəsi Ukrayna silahlı qüvvələrinin mövqelərini müəyyənləşdirmək və bu haqda separatçılara məlumat vermək olub. Həmin informasiyalar əsasında antiterror qüvvələrinin mövqelərinə zərbələr endirilib” – deyə məlumatda bildirilir.

Xəbərdə deyilir ki, Azərbaycan vətəndaşı Ukrayna ordusunun hərbçiləri tərəfindən Donetsk vilayətinin Ysinavatsk rayonu ərazisində saxlanılıb. Onun kimliyi açıqlanmır. (virtualaz.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600