Ukraynada siyasətçini qətlə yetirən şəxs saxlanıldı

media-hightechnic-468x90

Ukrayna Ali Radasının keçmiş spikeri Andriy Parubiyi qətlə yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs ifadə verməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib.

“Şübhəlinin ilk ifadəsi var. Hazırda bu qətlin bütün hallarının müəyyən edilməsi üçün növbəti təxirəsalınmaz istintaq hərəkətləri aparılır”, – Zelenski qeyd edib.

Ukraynanın baş prokuroru Ruslan Kravçenko Zelenskiyə istintaqın gedişi barədə məlumat verib. Bundan əvvəl Zelenski Parubiyin qətlində şübhəli bilinən şəxsin həbs edildiyini açıqlamışdı. Avqustun 30-da Lvovda Ali Radanın keçmiş spikeri, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Andriy Parubiy öldürülüb. Qatil siyasətçini küçədə gözləyib, ona bir neçə dəfə atəş açıb, sonra isə qaçıb. Parubiy həkimlər gələnə qədər dünyasını dəyişib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa