Ukraynada sülhməramlı OYUNU: “Bütün zəmanətlər kağız üzərində qalmağa məhkumdur”

media-hightechnic-468x90

“Çinin BMT-nin nəzarəti altında Ukraynaya sülhməramlılar göndərməyə hazır olduğunu bəyan etməsi yaranmış vəziyyətdə manipulyasiyadan başqa bir şey deyil”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Xəqani Cəfərli deyib.

media-xaqanicafarli

Siyasi təhlilçi Ukrayna müharibəsinin sülhlə yekunlaşması fonunda bir sıra dövlətlərin Ukraynaya sülhməramlı qüvvələr göndərməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, bu məsələdə əsas söz sahibi olan ölkə Ukraynadır:

“Ukrayna da BMT-nin nəzarəti altında hər hansısa əməliyyata qarşıdır. Çünki Rusiya BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi veto hüququna malikdir və BMT-nin nəzarəti altında sülhməramlı hərəkat üzərində nəzarət əldə edə bilər. Ukrayna NATO-nun 5-ci maddəsinə bərabər təhlükəsizlik zəmanəti istəyir. Digər məsələlər isə qeyri-ciddi yanaşmadır. Ukraynanın nüvə başlıqlarından imtina qarşısında Budapeşt Memorandumu ilə verilən zəmanət Ukraynanı Rusiyanın təcavüzündən qorumadı. Ona görə də Çinin, o cümlədən Türkiyənin təklifi qeyri-ciddi məsələdir. Ukraynada ABŞ hərbi qüvvələri olmayana qədər bütün zəmanətlər kağız üzərində qalmağa məhkumdur”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa