Ukraynadakı müharibə genişlənir: Avropa HAZIRLIQ GÖRÜR - ŞƏRH

media-hightechnic-468x90

“Budapeşt görüşünün keçirilməyəcəyi öncədən bəlli idi”.

media-1331

Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib. Politoloq Mariya Zaxarovanın “Fransa Rusiya ilə uzunmüddətli müharibəyə hazırlaşır” açıqlaması və ləğv edilən Budapeşt görüşü haqqında fikirlərini bölüşüb:

“Zaxarovanın son bəyanatı daha əvvəldən Rusiya rəsmilərinin oxşar bəyanatlarının davamı kimi də qiymətləndirilə bilər. Rusiya rəsmilərinin Avropa dövlətləri ilə münasibətdə Rusiyaya qarşı müharibəyə hazırlıq  mərhələsində olması ilə bağlı iddialar mütəmadi olaraq səsləndirilir. Eyni xarakterli olan iddialar Fransaya qarşı da səsləndirilir. Paylaşılan informasiyalar Rusiya – Ukrayna müharibəsi ilə bağlı danışıqlar prosesindəki durğunluqdan irəli gələn yanaşmaları özündə ehtiva edir. Çünki, Avropa dövlətlərinin, ABŞ-nin, eləcə də Rusiyanın bu istiqamətdə mövqeləri kifayət qədər fərqlidir və bu kəskin fərqlər ziddiyyətləri daha da dərinləşdirir. Eləcə də Ukraynanın bu istiqamətdə Rusiyanın sərgilədiyi maksimalist yanaşması ilə bağlı kifayət qədər qətiyyətli mövqeyi var. Bu mövqeyin əsası da ərazi bütövlüyü və suverenliyin tam şəkildə bərpa olunması ilə bağlıdır”.

Onun sözlərinə görə, danışıqlar prosesində durğunluğun yaranması və eyni zamanda hər hansı bir formada ortaq razılığın əldə olunmaması əməlliyyatların hələ uzun müddət davam edəcəyi ilə bağlı ehtimalları daha çox gündəmə gətirir:

“Belə olduğu halda müharibənin miqyasının genişləndirilməsi və Avropaya sirayət etməsi qaçılmaz ola bilər. Bu da ssenarilərdən biridir. Bu istiqamətdə hazırlıqların olması da təbii xarakter daşıyır. Arzuolunmaz ssenari olsa belə Rusiya – Ukrayna müharibəsinin hələ bir müddət davam edəcəyi, eyni zamanda Ukraynanın ərazi bütövlüyünün bərpa olunması və işğalda olan torpaqlarının azad edilməsi ilə bağlı məsələnin gündəliyə daxil edilməsi ciddi qətiyyətli iradə və həmrəylik tələb edən yanaşmadır ki, bu da Avropa dövlətləri tərəfindən təəssüf ki, ilk günlərdə müşahidə olunan kimi deyil. Son zamanlarda Rusiyanın ortaya qoyduğu aqressiv ritorika, maksimalist tələblərin irəli sürülməsi və şərtlərin diktə edilməsi Avropa dövlətlərinin mövqeyinə təsir edəcək faktorlardandır və ola biləcək təhdidlərə qarşı hazırlıq mərhələsinin hər hansı bir formada istisna edilməməsi gündəmdə ola bilər”.

Ekspert qeyd edib ki, Tramp və Putin arasında Budapeştdə keçirilməsi planlaşdırılan görüşün baş tutmayacağı öncədən bəlli idi:

“Digər tərəfdən planlaşdırılan Tramp – Putin görüşünün ləğv edilməsi təsadüfi xarakter daşımır. Əksinə, belə bir görüşün keçirilmə ehtimalı kifayət qədər zəif idi. Çünki indiki məqamda Qərblə Rusiyanın mövqelərində hər hansı ortaq nöqtənin olmadığı aydın şəkildə məlumdur və belə olan halda hər hansı bir görüşün keçirilməsi real nəticələri özündə ehtiva etmir. Xüsusilə də nəzərə alaq ki, Ukrayna özü bu görüşdə iştirak etmirsə onun taleyinin həll edilməsi ilə bağlı ABŞ və Rusiya arasında keçirilən görüşlərin real nəticələrə gətirib çıxarması ehtimalı çox aşağıdır. Digər tərəfdən isə Rusiyanın mövqeyində Alyaska görüşündən sonra hər hansı bir ciddi dəyişiklik müşahidə edilmir. Lavrov və Rubio arasında keçirilən telefon danışıqlarından da aydın idi ki, bu görüş gündəlikdən çıxarılmışdı”.

 

Nurlan Cəfəri

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa