Ukraynadan sonra... – Rusiyanın növbəti hədəfi BU ÖLKƏDİR?

media-hightechnic-468x90

“Rusiya Avropaya zərbələr endirsə, ilk Polşa hədəf olacaq”.

Bu fikri Rusiyanın Ukraynadan sonra Avropaya hücum etmək iddiasını Yenicag.az-a şərh edən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

media-rovsenmeherremov

Onun sözlərinə görə, Rusiyanın Avropa dövlətlərinə hücumu Üçüncü Dünya müharibəsi deməkdir:

“Son günlər Avropa ölkələri, xüsusilə Polşa hava hücumundan müdafiə sistemlərinin təlimlərini başlayıb. Təlimlər müdafiə istiqamətindədir. Rusiya hücum edərsə, necə müdafiə olunacaqlarını hesablayırlar. Avropa ölkələrinin gözü ABŞ prezidenti Donald Trampdadır. Tramp isə tez-tez fikirlərini dəyişir. Gah 50 gün vaxt verir, gah da deyir ki, o 50 gün olmaya da bilər. Ukraynaya hava hücumundan müdafiə sistemləri verirlər. Əgər uzaqmənzilli raketlər Ukraynaya verilsə və Ukrayna Rusiya dərinliklərinə zərbələr endirsə, ehtimal var ki, Rusiya o dövlətlərə zərbə endirə bilər. Uzun illərdir Avropa ölkələri müharibə görməyib. Avropa dövlətləri və onun əhalisi buna hazır deyil”.

“Polşa gözəl bilir ki, Rusiya Avropaya zərbələr endirsə, ilk Polşa hədəf olacaq. Məsafə imkan verir ki, Rusiya Polşaya daha asan zərbələr endirsin. Güman etmirəm ki, Rusiya Ukrayna müharibəsindən sonra Polşaya hücum etsin. Avropa dövlətlərinə hücum Üçüncü Dünya Müharibəsi deməkdir”, – deyə o, fikirlərini tamamlayıb.

Səxavət Məmməd

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600