!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanı gözləyən AQİBƏT: “Bu, bütün dünya iqtisadiyyatı üçün təhlükəlidir”

!Reklam – Yazi

“Avropa ölkələri artıq Trampsız da Rusiya-Ukrayna müharibəsi fonunda müdafiə xərclərini artırır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

O, Respublikaçılar Partiyasının ABŞ prezidentliyinə vahid namizədi Donald Trampın hakimiyyətə gələcəyi təqdirdə, aparacağı yeni siyasət modelini şərh edib.

Onun sözlərinə görə, böyük ehtimalla, bu belə də olacaq:

“Amma məsələ ondadır ki, Avropa ölkələri artıq Trampsız da Rusiya-Ukrayna müharibəsi fonunda müdafiə xərclərini artırır. Hətta hamı Üçüncü Dünya müharibəsinə hazırlaşır kimi, ab-hava müşahidə olunur. Trampın Rusiyaya qarşı olan fikirləri fonunda Ukraynanı gözləyən aqibət Avropaya bu müharibənin başa çatması ilə əlaqəli rahatlama vəd etsə də, – hansı ki Ukraynanın məğlubiyyəti və torpaq itkiləri fonunda bu da şərti məsələdir – Rusiyanın əldə etdiyi açıq qələbə nəticəsində gələcək planlarının daha qanlı ola biləcəyi ehtimalı həmişə gündəlikdə olacaq”.

Siyasi ekspert əmindir ki, bu baxımdan, Trampın NATO-nun müdafiə xərclərini Avropanın üstünə qoymaq istəyi, ilk növbədə, Avropanın gələcəyi üçün əhəmiyyət kəsb edəcək:

“Buna görə Avropa Trampa hər halda minnətdar olmalıdır. Təbii ki, Tramp çox hiyləgər siyasət yürüdür. O, yaxşı bilir ki, Avropa müdafiə xərclərini artırılması fonunda ABŞ-dən asılıdır və bunun üçün ABŞ silah sənayesi məhsullarına ehtiyacı vardır ki, bu da ABŞ-nin iqtisadiyyatının inkişafı deməkdir.

Trampın Çin siyasəti isə tək onun yox, ABŞ-nin ümumi strateji xəttidir. Hakimiyyətdə kimin olması bunu dəyişmir. Çin ABŞ üçün bir nömrəli düşmən elan edilib. Sadəcə, Trampın Çinə qarşı ticarət müharibəsi aparmasının məqsədi Çinin tədricən zəiflədilib hegemonluq iddiasından əl çəkilməsidir”.

Həmsöhbətimiz əmindir ki, Çinin yaxın müddətdə çökdürülməsi tək Çin yox, bütün dünya iqtisadiyyatı üçün təhlükəlidir ki, bura tək ABŞ-nin özü yox, onun müttəfiqlərinin də ziyan görməsi aiddir:

“Odur ki, ABŞ Çinin yerini dolduracaq mənbələr hazırlamadan bunu edə bilmir. Bunun üçün Hindistanın seçilməsi də bu planın tərkib hissəsidir. Trampın İran və Rusiyaya qarşı münasibətinin loyallaşması iddiası da Çinlə əlaqəli olduğu üçün bunun olması ehtimalı böyükdür. ABŞ İran və Rusiyanı sonrakı mərhələlərə saxlayır. Çin təhlükəsi olmazsa, İran və Rusiya zatən olmayacaq”.

Rafi Müslümov

COP29

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv