!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanı küncə sıxışdıran SƏBƏBLƏR: “Ehtiyat qüvvələrin hazırlanmaması və ümumi səfərbərliyin...”

!Reklam – Yazi

“Əvvəlki komandan Valeri Zalujnı ciddi nüfuza malik idi və problemlərin operativ həllinə çalışırdı”.

Bu fikirləri Ukraynaya qarşı hərbi təcavüzünü davam etdirən Rusiyanın cəbhədə təşəbbüsü ələ keçirməsi fonunda müharibənin mümkün gedişatını şərh edən ehtiyatda olan polkovnik, hərbi ekspert Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, Ukraynanın effektli müdafiə oluna bilməməsinin əsas səbəbi Qərbdən hərbi yardımların azalması və ölkədə tam səfərbərliyin həyata keçirilməməsidir:

“Hücumları intensivləşdirən Rusiya artıq Avdeevka şəhərini ələ keçirib. Belə bir şəraitdə ABŞ-ın daxilində baş qaldıran problemlər və Senatla Konqres arasında ziddiyyətlərin artması Ukraynaya yardım məsələsini arxa plana keçirib. Bu vəziyyətdən yararlanan Rusiya isə hücumlarını genişləndirir.

Artıq Rusiyanın əsas hədəflərindən biri Xarkov şəhərini tutmaq olduğundan, o istiqamətdə də hücumları davam etdirir. Avdeyevka şəhəri strateji əhəmiyyət kəsb edən bir yaşayış məntəqəsi idi. Rusiya onu ələ keçirməklə, istədiyinə nail oldu. İndiki ağır vəziyyətdə Qərb Ukraynaya bacardığı qədər kömək etməlidir.

Müharibənin əvvəlində ukraynalılardan ibarət xüsusi döyüş qrupları hazırlanırdı. Artıq həmin qüvvələrin hazırlanması işi də xeyli səngiyib. Ukraynanın ehtiyat qüvvələr baxımından da problemləri var. Ordunun yeni baş komandanı səfərbərliklə bağlı dövlətin qəti qərar verməsini təmin etməlidir.

Əvvəlki komandan Valeri Zalujnı ciddi nüfuza malik idi və problemlərin operativ həllinə çalışırdı. Ukraynada nə qədər ki ehtiyat qüvvələr hazırlanmayıb və ümumi səfərbərlik haqqında qanun qəbul edilməyib, yeni ərazi itkiləri qaçılmaz olacaq. Ukrayna ordusunun müdafiə qabiliyyəti zəifləyib. Zalujnının getməsi ilə ordunun daxilində qismən də olsa, xaos yaranıb”.

Səxavət Məmməd

www.yenicag.az

470
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv