!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanı xilas edəcək yeganə QƏRAR: “Ruslar təzyiqi artıran kimi...”

!Reklam – Yazi

 

“Ukrayananı yeganə xilas edəcək qərar masa arxasında tez oturmaqları olar”.

Bu fikri Rusiya Ukrayana müharibəsində Rusiya tərəfinin son bir həftədə irəliləməsini, Ukrayana tərəfinin isə problemlər yaşamasını Yenicag.az-a dəyərləndirən hərbi ekspert Şair Ramaldanov deyib.

 

Şair Ramaldanovun sözlərinə görə, Ukrayananın etdiyi səhvlər indi ona böyük problemlər yaradır:

“Sahədə baş verənlərə əsasən deyə bilərik ki, müharbənin sonu Ukrayana üçün heç də yaxşı qurtarmayacaq. Son bir həftə ərzində ruslar gün ərzində 2-8 km irəliləyirlər. Bu irəliləmənin eni 25 km-dir. Rusiya qüvvələri logistik yolları nəzarət altında saxlayırlar. Çünki onların taktikası ondan ibarətdir. Logistika pozulandan sonra Azərbaycanın ikinci Qarabağ müharibəsindəki metodlarından istifadə edirlər. Sızma hərəkətlərinə üstünlük verirlər, bölmələri yarım mühasirəyə salırlar və artileriya və raketlər vasitəsi ilə sahədə qalan bölmələri sıfırlayırlar. Ruslar yarımmühasirəyə salnınmış Ukrayana bölmələrinə qarşı FAB bombalarından istifadə edirlər.

Zelenski hökuməti ilk növbədə rezervləri Kursk vilayətinə göndərir ki, orada vəziyyəti nəzarət altına ala bilsin. Bu da onlarda alınmır. Faktiki olaraq, 2 minə yaxın şəxsi heyət Kursk istiqamətində mühasirədədir. Hazırda təmas xəttində ehtiyatlara böyük ehtiyac var. Ancaq onları ora göndərə bilmirlər. Göndərilənlər isə küçədən yığılanlardır. Bu isə effekt vermir, verə də bilməz. Ruslar təzyiqi artıran kimi isə həmin bölmələr mövqeləri qoyub qaçırlar. Bu isə Ukrayna komandanlığını pis vəziyyətdə qoyur”.

ABŞ-də keçiriləcək seçkilər Rusiya-Ukrayna müharibəsinə təsirinə gəldikdə isə hərbi ekspert bunları deyib:

“ABŞ-də keçiriləcək seçkilər fonunda Ukrayananın təminatında ciddi problemlər yaranıb. Ruslarda isə əksinədir. Rusiya ABŞ-də keçiriləcək seçkilərə qədər istəyir ki, maksimum nəticəyə nail olsunlar. Çünki seçkidən sonra proseslər necə davam edəcək onu heç kim deyə bilmir. Ona görə də, Rusiya masaya oturanda əli güclü olsun deyə, maksimum irəliləməyə çalışacaq.

Ukrayana ordusunun əvvəlcədən hazırlanmış müdafiə mövqeləri qalmayıb. Hazırda Potrovski istiqamətində tank əleyhinə xəndəklər qazırlar. Rusiyanın əlində olan FAB bombaları ilə bütün mühəndis istehkam qurğularını darmadağın edirlər.

Ukrayanada gedən proseslər Rusiyanın üstünlüyü ilə davam edir. Bundan sonra da davam edəcəyi gözləniləndir. Ukraynanı yeganə xilas edəcək qərar masa arxasında tez oturmaqları olar. Bu halda, öz torpaqlarının daha çox işğala məruz qalmasından xilas edə bilərlər”.

Səxavət Məmməd

COP29

www.yenicag.az

310
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv