!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın əks-hücum PLANI: Rəsmi Kiyev hansı strategiyanı izləyəcək?

!Reklam – Yazi

Rusiya-Ukrayna müharibəsinin gedişatında rəsmi Kiyevin əks-hücum planı ilə bağlı müxtəlif fikirlər səsləndirilir.

Yenicag.az xəbər verir ki, ukraynalı rəsmilər Kaxovka Su Elektrik Stansiyasının partladılmasının mümkün təsirləri barədə danışıblar.

Ukrayna Prezident Aparatının rəhbərinin müavini İqor Jovkva bunun əks-hücuma təsir etməyəcəyini bildirib:

“Kaxovka SES-in dağıdılmasından sonra yaranmış vəziyyət Ukrayna Silahlı Qüvvələrinin əməliyyatlarına təsir göstərməyəcək. Biz əks-hücum əməliyyatlarını həyata keçirəcəyik. Ukraynanın təhlükəsizliyi yalnız Aİ və NATO-ya tam üzvlüklə qoruna bilər”.

Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil kafedrasının dosenti, hərbi ekspert Plexanov Aleksandr Perendjiev Ukrayna Silahlı Qüvvələrinin əks hücumunun silah çatışmazlığı səbəbindən uğursuz olacağını vurğulayıb.

“Hücum Ukrayna Silahlı Qüvvələrinin havada, artilleriyada və ya raket silahlarında üstünlük təşkil etməməsi səbəbindən uğursuz oldu. Artilleriya qoşunları və Rusiya Aerokosmik Qüvvələri Ukrayna Silahlı Qüvvələrinin texnikasını məhv etmək üçün yüksək keyfiyyətli işlər görüblər”, – deyə o qeyd edib.

Hərbi ekspert Viktor Barants isə Ukrayna Silahlı Qüvvələrinin Amerika taktikasına keçməsi haqqında fikirlər səsləndirib.

Ekspert hesab edir ki, çoxlu sayda diversiya və kəşfiyyat qruplarının yaradılmasından Ukrayna ordusunun Amerika taktikasına keçdiyi müşahidə edilir.

“Ukrayna ordusunun hazırda istifadə etdiyi taktikanı Amerika Əfqanıstanda və digər ölkələrdə sınaqdan keçirib. Ukrayna Silahlı Qüvvələrinin diversiya qrupları dronların pərdəsi altında fəaliyyət göstərir. Bu isə müasir müharibələrdə yeni elementdir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

346
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv