!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynanın SUVERENLİYİ: Kiyev ərazi ilhaqını QƏBUL EDƏCƏK? – TƏHLİL

!Reklam – Yazi

“Bu, ölkənin mövqeyini gücləndirmək baxımından əhəmiyyətli məsələdir”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin necə bitəcəyi ilə bağlı təhlil aparan “New-York Times” nəşri yazıb.

Təhlil yazısında bildirilib ki, Ukraynanın suverenliyinin Rusiyanın “təhlükəsizlik zəmanəti” tələbi ilə balanslaşdırılması istənilən halda danışıqların ən çətin mərhələsi olacaq.

“Prezident Tramp Ukraynadakı “bu gülünc müharibəni dayandırmaq” üçün “sövdələşmə” etməyə hazır olduğunu bildirib. Onun prezident Vladimir Putinlə telefon danışığı fonunda Səudiyyə Ərəbistanında ABŞ və Rusiya rəsmiləri arasında gözlənilən görüş, danışıqların nəticəsi barədə ümidləri artırıb. Amma danışıqlar prosesi necə olacaq? Kimlər iştirak edəcək? Müqavilə nələri ehtiva edəcək? kimi suallar hər kəsə maraqlıdır”.

Qəzet yazır ki, 2022-ci ildə Ukrayna və Rusiya arasında birbaşa danışıqlar uğursuz oldu və hələ də sülh razılaşması əldə olunmayıb, lakin ekspertlər Ukraynanın suverenliyini və təhlükəsizliyini qorumaqla yanaşı, Rusiya ilə razılaşmanın mümkünlüyünü müdafiə edirlər. Danışıqlar son dərəcə mürəkkəb olacaq.

Masada kimlər olacaq?

ABŞ administrasiyası Rusiyanı diplomatik təcrid etməyə çalışır. Qeyd edilib ki, Ukraynanın taleyi ilə bağlı danışıqlara Kiyev da daxil olmalıdır. Trampın fevralın 12-də Putinlə telefon danışığında Ukraynanın müzakirələrə cəlb edilməsi gündəmə gəlib. Lakin bu yanaşma tənqid olunub. Hələ də Ukrayna, yüksək səviyyəli müzakirələrə dəvət olunmayıb. Bu, ölkənin mövqeyini gücləndirmək baxımından əhəmiyyətli məsələdir.

Ərazi kompromisləri necə tənzimlənəcək?

Ukrayna heç vaxt öz sərhədlərindəki dəyişiklikləri tanımayacağını bildirib. Rusiya artıq Ukraynanın təxminən 20 faizini nəzarətə götürüb. Danışıqları çətinə salan məsələlərdən biri budur. Müqavilə ərazi mübahisələrinin gələcəkdə sülh yolu ilə həllini nəzərdə tuta bilər. Məsələn, Krımın statusunun müzakirə olunması kimi. Ukrayna isə Kursk bölgəsindən geri çəkilməyi təklif edə bilər. Rusiya bir çox ərazilərə nəzarət edir, lakin daha çox mübarizə aparmağa hazır deyil. Ukrayna və Qərb isə ilhaqı tanımır.

NATO və Aİ: Ukraynanın gələcəyi

Ukrayna, öz təhlükəsizliyi üçün NATO üzvlüyünü zəruri hesab edir. Rusiya isə bunu öz təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Beləliklə, Ukraynanın Avropa Birliyinə üzvlüyü kompromis kimi nəzərə alına bilər. Eyni zamanda Ukraynanın NATO üzvü olmadan təhlükəsizliyini təmin edəcək qarantiyalar alması mümkündür.

Təhlükəsizlik zəmanətləri

Rusiya, Ukraynanın hərbi potensialını bərpa etməyə çalışmayacağına dair zəmanət tələb edir. Bununla yanaşı, Ukrayna, xarici qoşunların ölkəyə yerləşdirilməsinə qarşı çıxır. Bu məsələnin razılaşdırılması, danışıqların ən çətin hissəsi olacaq. Təkliflərdən biri, 7500 nəfərlik kiçik beynəlxalq sülhməramlı qüvvənin cəbhə xəttində yerləşdirilməsidir. Bir sözlə, nəticə olaraq danışıqlar kifayət qədər mürəkkəb olacaq.

Nəsimi Ələsgərli

www.yenicag.az

212
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv