Azərbaycanda problemli kreditlərin həcmi açıqlandı

media-hightechnic-468x90

Bu il noyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 544,8 milyon manat təşkil edib.

Yenicag.az xəbər verir ki, bu, oktyabrın 1-i ilə müqayisədə 3,2 % çoxdur.

Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,3 %, son 1 ildə isə 13,55 % artıb.

Oktyabrın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,7 % təşkil edib. Bu nisbət sentyabrın sonuna da 1,7 %, ötən il dekabrın sonuna 1,5 %, ötən il oktyabrın sonuna isə 1,7 % olub.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa