Akif Nağıdan Samirə Əfəndinin məhkəmə hədəsinə CAVAB: "Onun ağlı olsa..."
“Əgər məhkəmə mənə Samirə Əfəndiyə görə cəza verəcəksə, gedib yataram”.
Bunu müğənni Samirə Əfəndinin onu məhkəməyə verməsi barədə yayılan xəbərlərə münasibət bildirən Azad Vətən Partiyasının (AVP) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında deyib.
Partiya sədri həbsdən qorxmadığını bildirib:
“Əgər günahımız olsaydı, məhkəmədən də qorxardıq. Söhbət ondan gedir ki, mənim günahım yoxdur. İstəyir, versin məhkəməyə, bizi məhkəməyə çox veriblər. Bizim özümüz başqa hərəkətlərə görə yox, Qarabağla bağlı kimlərisə tənqid etdiyimizə görə məhkəmələrdə də, “sutkalıq”larda da olmuşuq, Bayıl həbsxanasında da bu səbəbdən yatmışam. Əgər məhkəmə bu işi icraata götürüb mənə cəza verərək həbsxanaya göndərəcəksə, gedib yataram. Mən haqq sözümü həmişə demişəm, bundan sonra da deyəcəyəm. İnanmıram ki, məhkəmə Azərbaycan şəhidlərini, qazilərini təhqir edən bu adamın iddiasını təmin etsin. Təmin edərsə belə, gedərəm həbsxanaya, orada da kimsə olmalıdır da”.
A. Nağı ona hələ ki məhkəmə ilə bağlı bildiriş gəlmədiyini deyib:
“O mətbuatda məni məhkəməyə verəcəyini deyib, mənə hələ bildiriş gəlməyib. Hər yerdən mənə bu barədə dəstəklər gəlir. Şəhid ailələri, qazilər, veteranlar mənə zəng edib məhkəməyə gəlmək istədiklərini bildirirlər. Onlar deyir ki, biz gəlib onun qarşısında dayanacağıq ki, sən kimi nə üçün verirsən məhkəməyə? Biz səni məhkəməyə verməliyik şəhid ailələrinə bu mənəvi əziyyəti verdiyin üçün. Ona görə də bilmirəm, o məhkəmə olacaq, ya yox. Samirə Əfəndidi kimdisə ondan çəkinəcəyim heç nə yoxdur. Onun ağlı olsa, ya da ətrafında ağlı başında biri olsa, özünü ikinci dəfə pis duruma salmaqdan çəkindirərdi”.
Nurlan Cəfəri












