Vəhdət Partiyasında “Elmi Gənclər Klubu” təsis edildi

media-hightechnic-468x90

Bu gün Vəhdət Partiyasında sədr Adəm İsmayıl Bakuvi ilə fəal gənclər arasında keçirilən görüş partiyanın gənclərlə iş modelində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Yenicag.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin təşkilatdaxili proseslərə daha geniş inteqrasiyası, onların təşəbbüslərinin stimullaşdırılması və elmi-politoloji düşüncənin gənclər arasında gücləndirilməsi olub.

Sədr Adəm İsmayıl Bakuvi çıxışında gənclərin ictimai-siyasi proseslərdə rolunun milli dövlətçiliyin inkişafında həlledici amillərdən biri olduğunu vurğulayıb. “Bu gün gənclər elmi düşüncə və modern yanaşma ilə siyasətin keyfiyyətini dəyişməyə qadirdir. Biz sizin hədəflərinizə, ideyalarınıza inanırıq,” – deyə sədr bildirib. O, partiyanın gənclər üçün bilik və innovasiya mərkəzinə çevrilməsi istiqamətində ardıcıl fəaliyyət göstəriləcəyini də bildirib.

Tədbirdə partiyanın Aparat rəhbəri Əbdülvahab Manafov bölgələrdə həyata keçirilən gənclər proqramları barədə məlumat verib. O, xüsusilə regionlarda yaşayan gənclərin bilik və bacarıqlarının üzə çıxarılması üçün yeni təlim paketlərinin hazırlanacağını vurğulayıb. Gənclər Təşkilatının sədri Aynurə Ələkbərova isə yeni layihələri təqdim edib. O, yaxın aylarda elm yönümlü müzakirələr, debatlar, analitik seminarlar və intellektual forumların keçiriləcəyini bildirib.

Çıxış edən gənc idmançılar, həkimlər və mədəniyyət nümayəndələri partiya tərəfindən yaradılan imkanların onların inkişafına ciddi təsir etdiyini bildiriblər. Onlar bu platformanın gənclərin həm şəxsi inkişafına, həm də cəmiyyət həyatında fəal mövqe tutmasına mühüm töhfə verəcəyini qeyd ediblər.

Səmimi dialoq şəraitində keçən görüşün sonunda Vəhdət Partiyasında “Elmi Gənclər Klubu”nun yaradılması qərara alınıb. Bu klubun yaxın zamanda gənclərin araşdırma bacarıqlarını inkişaf etdirəcək layihələrə start verəcəyi bildirilib və gənclər bu təşəbbüsü böyük maraqla qarşılayıblar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa