Ukraynanın ümidlərini Vaşinqtona bağlaması... - ŞƏRH

media-hightechnic-468x90

“ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə görüşmək ehtimalı yüksəkdir, amma burada ciddi nəticələr əldə olunmaya bilər”.

media-1582908129_eli-zulfugaroqlu

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O bildirib ki, görüşdə hansısa kiçik nəticələr əldə oluna bilər:

“Tərəflər bir sıra obyektlərin vurulmaması ilə bağlı razılığa gələ bilərlər. Amma bu, bütövlükdə atəşkəsin əldə olunacağı demək deyil. Ehtimal kifayət qədər azdır. Ümumilikdə isə Ukraynanın ümidlərini Vaşinqtona bağlaması təsadüfi deyil. Çünki Böyük Britaniya və Avropa İttifaqının (Aİ) Ukraynanın ərazi bütövlüyünü təmin edəcək potensialı yoxdur. Bu, yalnız ABŞ-yə məxsusdur. Lakin rəsmi Vaşinqtonun sözügedən prosesdəki mövqeyi Böyük Britaniya və Avropa İttifaqının yürütdüyü siyasətlə ziddiyyət təşkil edir. Təbii ki, hazırkı prioritetlər müharibə başlayan zamandan fərqlidir. Ölkələr öz maraqları kontekstindən çıxış edir. Tramp da dəfələrlə bəyan edib ki, Aİ Ukrayna məsələsində səmimi deyil – səmimi olsaydılar, Rusiyaya ciddi dəstək verən Çinə sanksiyalar tətbiq edərdilər”.

Ekspert əlavə edib ki, Trampın bu arqumenti çox güclüdür:

“Çinlə Aİ arasındakı ticarət dövriyyəsi 800 milyard dollar həcmindədir. Bunun təqribən 520 milyard dolları Çinin Avropaya ixracatı hesabına düşür. Bu pəncərədən məsələyə baxdıqda real mənzərəni təsəvvür etmək mümkündür. Təbii ki, bunlar Trampın arqumentlərini daha da gücləndirir”.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 21.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa